525.Az

Təmas xəttində daha bir monitorinq keçiriləcək


 

Təmas xəttində daha bir monitorinq keçiriləcək<b style="color:red"></b> Müdafiə Nazirliyi bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Azərbaycanın Goranboy rayonunun Zeyvə kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 
525.az-ın MN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
 





25.04.2015    çap et  çap et