525.Az

Putin: “Bütün çətinliklərə baxmayaraq bunu etdik”


 

Putin: “Bütün çətinliklərə baxmayaraq bunu etdik”<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin “erməni genosidi”nin 100 illiyi ilə bağlı Yerevana səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Modern.az saytının Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə görüşdə Serj Sarkisyan Vladimir Putinin “erməni soyqırımı” ilə bağlı bir neçə gün bundan öncə etdiyi çıxışa görə ona təşəkkür edib.  

Serj Sarkisyan deyib ki, Rusiya dövləti Fransa və Böyük Britaniya ilə birlikdə 100 il bundan əvvəl Osmanlı imperiyasında ermənilərə qarşı "törədilmiş" “cinayəti” tanıyıb. 

“Rusiya bu barədə ardıcıl siyasət nümayiş etdirir. Buna görə də mən çox şadam. Sizə İrəvana gəldiyinizə görə təşəkkür edirəm. Bir daha Ermənistana xoş gəlmisiniz”. 

Kreml başçısı Vladimir Putin isə Rusiya ilə Ermənistan arasındakı əlaqələrə toxunub.
 
O bildirib ki, hər iki ölkənin Xarici İşlər Nazirliyi Avrasiyaya inteqrasiya prosesi ilə bağlı sıx şəkildə əməkdaşlıq edir. Rusiya lideri əlavə edib ki, ölkəsinin Ermənistanla iqtisadi əlaqələri pozitiv dinamikaya malikdir.

“Kreml bütün çətinliklərə baxmayaraq əmtəə dövriyyəsini artırdı. Bu pozitiv dinamikanı saxlamaq əhəmiyətlidir. 

Rusiyanın Ermənistana kapital qoyuluşları artır, ölkənin xarici investisiyasının 40 faizi Rusiya mənşəlidir”,-deyə Vladimir Putin qeyd edib.

 





25.04.2015    çap et  çap et