525.Az

Olland və Putin İrəvanda görüşdülər


 

Olland və Putin İrəvanda görüşdülər<b style="color:red"></b>

Dünən Fransa prezidenti Fransua Ollandla Rusiya başçısı Vladimir Putin İrəvanda görüşüblər.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşün gedişatında Fransa prezidenti diqqəti Ukrayna böhranına yönəldib.

O təəssüflə bildirib ki, Ukrayna münaqişəsinə görə Avropa Birliyi ilə Rusiyanın əlaqələri pisləşib.
 
Fransua Olland hesab edir ki, Ukrayna böhranının tənzimlənməsinin yeganə yolu fevralın 12-də “Normand dördlüyü” formatında əldə edilmiş Minsk razılaşmaların əməl etməkdir.

Fransa lideri onu da əlavə edib ki, ölkəsi Suriya münaqişəsinin həll edilməsi üçün Moskva ilə əməkdaşlığa hazırdır.

Rusiya prezidenti Vladimir Putin isə Kremlin Fransa ilə əlaqələrinin yaxşı olmadığını diqqətə çatdırıb:

"Biz münasibətləri yaxşılaşdırılması üçün yollar axtarmalıyıq", - deyə o söyləyib.

Qeyd edək ki, hər iki prezident qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək üçün İrəvana səfər ediblər. 

 





25.04.2015    çap et  çap et