525.Az

Bakıda ilk qazdoldurma stansiyası istismara verilib


 

Bakıda ilk qazdoldurma stansiyası istismara verilib<b style="color:red"></b>

Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında ilk qazdoldurma stansiyası istismara verilib.

Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Qazdoldurma stansiyası yeni avtobus deposunda yerləşir.

Mənbə qeyd edib ki, bu qazdoldurma stansiyası Bakıda I Avropa Oyunlarının keçirilməsi zamanı istifadə ediləcək avtobusların sıxılmış təbii qazla (CNG) təmin edilməsi üçün nəzərdə tutulub:

"Gələcəkdə qazdoldurma stansiyalarının tikintisinin davam etdirilməsi mümkündür".

O, əlavə edib ki, hazırda Bakıda SOCAR brendi altında iki qazdoldurma stansiyası tikilir.

 





25.04.2015    çap et  çap et