525.Az

Bakıda orta məktəbdə yanğın


 

Bakıda orta məktəbdə yanğın <b style="color:red"></b> Bakıda məktəbdə yanğın baş verib.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
 
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
 





24.04.2015    çap et  çap et