525.Az

Kamillik Tanrının qismətidir


 

Kamillik Tanrının qismətidir<b style="color:red"></b>

Səmayə PİRİYEVA

VƏZİFƏ
İNSANI YOX, İNSAN VƏZİFƏNİ QALDIRIR

Biz çox qəribə millətik. Bütün ali, mənəvi-milli dəyərlərcəsarət, istedad, təəssübkeşlik, fədakarlıq, alicənablıq, bütövlük, istiqanlılıq, dostluq, səmimiyyət, torpağa, Vətənə, doğulub boya-başa çatdığı yurd yerlərinə sonsuz məhəbbət, qohum-əqrəbaya ürək yandırmaq kimi yüksək dəyərlər millətimizin qanındadır, ruhundadır, bütün varlığındadır. Qonaqpərvərliyimizin dünyada tayı-bərabəri yoxdur. Bununla belə, mənə elə gəlir ki, biz hələ seçilib-sayılan, işgüzarlığı, istedadı digər mənəvi keyfiyyətləri ilə fərqlənən həmvətənlərimizlə öyünmək, qürur hissi keçirmək, necə deyərlər, olanımızı demək qabiliyyətinə istənilən səviyyədə çata bilməmişik. Misal üçün, bir nəfəri yüksək vəzifəyə məsləhət bilib irəli çəkəndə ağız büzənlərin, yersiz, boş irad tutanların şahidi olmuşuq desəm, heç kim təəccüblənməsin.

Kim desə ki, vəzifə boş şeydir, mən o adama qəti etiraz edərəm. Vəzifə xalqa, millətə xidmət üçün vacib meydandır fikrimin bu yerində istəyirəm ki, böyük Mustafa Kamal Paşa Atatürkün çox sanballı, müdrik bir fikrini misal çəkim. Türk xalqının böyük oğlu buyurmuşdu ki, millətin əfəndisi olmaq əsas şərt deyil, millətin xidmətində durarsan, sonra millətin əfəndisi olarsan.

Mən Sovetlər dövründə rəhbər partiya komsomol işlərində çalışmışam. Müstəqilliyimizə qovuşandan sonra Milli Məclisin deputatı seçilmişəm, rayon icra hakimiyyətinə başçılıq etmişəm. İndi durub deyə bilmərəm ki, mən dünyanın hər üzünü görmüşəm. Yox, bu doğru omlazdı. Amma onu da deməyi vacib bilirəm ki, işimlə əlaqədar müxtəlif statuslu adamlarlanazirlərlə, komitə sədrlərilə, mərkəzi aparat işçilərilə görüşmüşəm, ünsiyyətdə olmuşam. Rəhbər vəzifə tutmuş şəxslər görmüşəm ki, nağıllarda deyildiyi kimidivin canı şüşədə olduğukimi, onların da bütün varlığı ciblərində gəzdirdikləri vəsiqədə olub, belə kəslərin əksəriyyəti mənəvi sərvətlərdən məhrummuş demə.

Ulu öndərimiz Heydər Əliyev rəhbər kadrlara çox böyük həssaslıqla yanaşardı.  Bu böyük şəxsiyyətdə adamları cəsarətlə irəli çəkmək uzaqgörənliyi vardı. Bir faktı da deməyi vacib bilirəm ki, etimad göstərilib vəzifə verilən şəxslərin bir qismi sonralar yüksək etimadı doğrulda bilmədilər, bəzi hallarda hətta dönük çıxanlar da oldular. Belə hallara Kommunist Partiyası rəhbərliyi dövründə , elə indi təsadüf olunur.

Unudulmaz Heydər Əliyevin ikinci dəfə ölkəmizə başçılıq etdiyi dövrdə onun etibar edib cəsarətlə irəli çəkdiyi kadrlardan birinin Kəmaləddin Heydərovun olduğunu desək, məncə heç kəs etiraz etməz. Təbii ki, qəlbiqara, xudbin, yaramaz adamlardan başqa.

Cavan Kəmaləddin Heydərov sistemsiz, qeyri-mütəşəkkil halda mövcud olan gömrük orqanlarının işini yenidən qurdu. Mən deyərdim ki, bu sahənin fəaliyyətini beynəlxalq səviyyəyə qaldırdı, ona tapşırılan bu mühüm işin öhdəsindən ləyaqətlə gəlməyi bacardı.

Möhtərəm prezidentimiz cənab İlham Əliyev Kəmaləddin müəlllimin bilik bacarığını, təşkilatçılıq istedadını, quruculuq qabiliyyətini yüksək qiymətləndirərək, ona çox vacib bir sahəyə rəhbərliyi tapşırdıKəmaləddin Heydərovu fövqəladə hallar naziri təyin elədi.

Heç bir maddi-texniki bazası olmayan, mərkəzi yerli strukturu bilinməyən, kadr potensialı formalaşmamış, qəribə çıxsa da, hətta nazir kabinetinin yeri hələ müəyyənləşməmiş bir yeni, nəhəng nazirliyin formalaşması, inkişafı nazirliyin fəaliyyətilə əlaqədar bütün atributların bərqərar olması nəhayət, Fövqəladə Hallar Nazirliyinin möhtəşəm bir dövlət strukturu kimi qol-qanad açıb bütün ölkəni əhatə etməsi bizim hamımızın gözü qarşısında baş verdi. Bu, Kəmaləddin müəllimin böyük təşkilatçılığının sayəsində baş verdi. Yuxarıda qeyd etdiyim kimi, vəzifə əsl insanların ən yaxşı cəhətlərini ortaya çıxaran vasitələrdən biridir.

İndi işləmirəm. Üzləşdiyim problemlərlə bağlı bir sıra rəhbər işçilərə müraciət etmişəm təəssüf ki, onların əksəriyyəti ən adi bir məsələnin həllində mənə kömək etməyiblər. Neyləməliyəm ki, kimdən küsməliyəm ki... açığını deyim ki, Kəmaləddin müəllimə müraciət etməyi planlaşdırmışdım.

Bəzən təsadüfi hallar, görüşlər insan taleyində rol oynayır. Bu gün Heydər Əliyev Sarayının qarşısındakı parkın yanından keçib gedirdim birdən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qarşısında Kəmaləddin müəllimin dayandığını gördüm, yaxınlaşıb salam verdim, özümü təqdim elədim.

O, xoş bir təbəssümlə:

Sizi eşidirəm, Səmayə xanım, – dedi. Xahiş etdim ki, məni qəbul eləsin. Kəmaləddin müəllim dərhal fikrini bildirdi:

Mən indi yerinə gedirəm, birbaşa kabinetimə gəlsəniz görüşərik.

Həmin gün hörmətli nazirimiz məni böyük ehtiramla qəbul elədi, dinlədi məni narahat edən problemi operativ şəkildə həll etdi.

Bəlkə Kəmaləddin müəllim haqqında mənim fikir söyləməyimə ehtiyacı yoxdur. Möhtərəm prezidentimiz ona inanır, fəaliyyətini yüksək qiymətləndirir. O, həqiqətən xalq arasında hörmət qazanmış rəhbər işçilərin ön sırasındadır.

Mübaliğəsiz deyirəm, bir vaxtlar Milli Məclisdə bir yerdə fəaliyyət göstərdiyim hörmətli millət vəkili Fəttah HeydərovKəmaləddinadını verməklə böyük uzaqgörənlik edibbelə bir yüksək adı doğrultmaq şöhrətləndirmək Tanrının qismətidir. Mən Kəmaləddin müəllimdən özümə qarşı mehriban münasibət görəndə Azərbaycanda belə kamil, qayğıkeş bir vəzifə sahibinin olmasından qürur duydum. Vəzifə insanı yox, insan vəzifəni qaldırır.

Millətimizin xidmətində duranların hamısına salam olsun!

 





07.12.2012    çap et  çap et