525.Az

Milli İncəsənət Muzeyində gürcü rəssamın fərdi sərgisi açılacaq


 

Milli İncəsənət Muzeyində gürcü rəssamın fərdi sərgisi açılacaq<b style="color:red"></b>

Cənubi Qafqazda ilk dəfə Bakıda yaradılan “Kukla” art qalereyasının fəaliyyətinin iki ili tamam olur.
 
Ötən gün bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış gürcü heykəltəraşı və rəssamı Tamara Kvesitadzenin fərdi sərgisi açılacaq.

T.Kvesitadzenin fərdi sərgisi aprelin 30-dək davam edəcək.

Tbilisi Texniki Universitetinin memarlıq bölümünü bitirən rəssam 1996-2000-cı illərdə ABŞ-da çalışıb. Əsərləri Almaniya, Fransa və digər ölkələrdə müxtəlif beynəlxalq sərgilərdə, Venesiya biennalesində, Nyu-Yorkda CMF qalereyasında nümayiş etdirilib. Özünün studiyası (Tamara Studio) olan rəssam hazırda Amerikada yaşayır.

Tamara Kvesitadzenin ən məşhur əl işlərindən biri Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr etdiyi “Məhəbbət” heykəlidir. Heykəl Batumidə ucaldılıb.

S.ABDULLAYEVA

 





18.04.2015    çap et  çap et