525.Az

Türkiyəli alimlərdən Nizaməddin Şəmsizadəyə yubiley təbriki


 

Türkiyəli alimlərdən Nizaməddin Şəmsizadəyə yubiley təbriki<b style="color:red"></b>

Tanınmış alim, professor Nizaməddin Şəmsizadənin bugünlərdə 60 illik yubileyi qeyd olunub.

Bu münasibətlə Türkiyənin Elazığ şəhərində fəaliyyət göstərən elm adamları - professor Tarık Özcan, Naci Onur, Günerkan Aydoğmuş, Hadi Önal, Mithat Yılmaz, Şener Bulud, Zəkəriyya Bican, Doğan Sever və Ergün Yılmaz azərbaycanlı alimə təbrik məktubu ünvanlayıblar.
 
Məktubda bildirilir ki, Nizaməddin Şəmsizadə Azərbaycan dili və ədəbiyyatına, fikir və düşüncə həyatına bəxş etdiyi əsərlərlə təkcə öz ölkəsinə deyil, bütün Türk dünyasına xidmət göstərib. Alimi təbrik edən həmkarları onu uzun ömür, gələcək elmi və ədəbi fəaliyyətində uğurlar arzulayıblar.

S.ABDULLAYEVA

 





18.04.2015    çap et  çap et