525.Az

Türkmənistanlı alim Ədəbiyyat İnstitutunun qonağı olub


 

Türkmənistanlı alim Ədəbiyyat İnstitutunun qonağı olub<b style="color:red"></b>

Türkmənistan Elmlər Akademiyasının (EA) Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun qonağı olub. 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda hazırlanan türk xalqları ədəbiyyatı antologiyası ilə bağlı ətraflı söhbət açıb. Türkmən ədəbiyyatının da yer alacağı cildlərin materialları üzrə geniş müzakirə aparılıb. Akademik İsa Həbibbəyli on cildlik Türk xalqları ədəbiyyatı antologiyasının ilk cildini əhatə edəcək Türkiyə şeir antologiyasının artıq çapa hazır olduğunu və institutun 2015-ci il üzrə nəşr planına salındığını bildirib. Bildirilib ki, növbəti cilddə Türkmənistan ədəbiyyatını qədim dövrdən tutmuş müasir dövrü də  əhatə edəcək materilların  hazırlanması ilə bağlı işlərə başlanıb.

Türkmənistan EA Əlyazmalar İnstitutunun elmi katibi Kakajan Janbekov akademik İsa Həbibbəyliyə göstərdiyi diqqətə görə təşəkkürünü  bildirib. Qonaq təmsil etdiyi institutun əməkdaşları adından antologiyanın nəşri ilə bağlı iki dost ölkənin elmi tədqiqat müəssisələri arasında davam edən  əməkdaşlıqdan məmnun olduqlarını və lazımi köməklik göstərəcəklərini bildirib.

Daha sonra çıxış edən Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev türkmən ədəbiyyatı antologiyası ilə bağlı aparılan işlərlə bağlı məlumat verib.

Sonda akademik İsa Həbibbəyli Türk xalqları ədəbiyyatı çoxcildliyinin nəşrinin böyük əhəmiyyətini qeyd edərək bundan sonra da digər türk ölkələrin ədəbiyyatşünasları  ilə elmi əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

 





18.04.2015    çap et  çap et