525.Az

İbrahimoviçin cəzası yüngülləşdirildi


 

İbrahimoviçin cəzası yüngülləşdirildi<b style="color:red"></b>

Fransa Futbol Federasiyası PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin cəzasını yüngülləşdirib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, isveçli hücumçunun 4 oyunluq cəzası 3-ə endirilib.

Bu isə o deməkdir ki, Z.İbrahimoviç mayın 2-i "Nant"a qarşı keçiriləcək görüşdə iştirak edə biləcək.

Xatırladaq ki, Z.İbrahimoviç Fransa Liqasında "Bordo"ya qarşı matçdan sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılmışdı.

 





18.04.2015    çap et  çap et