525.Az

Amerikalı küllü miqdarda uşaq bezi oğurladı


 

Amerikalı küllü miqdarda uşaq bezi oğurladı<b style="color:red"></b>

Nyu-York sakini 24 yaşlı Kevin Xarqrou küllü miqdarda uşaq bezləri oğurladığına görə ittiham edilir. Kevinin yetirdiyi zərər təxminən bir neçə min dollara bərabərdir.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Amerkilalı bildirib ki, malların ştrix-kodlarını dəyişdirərək bir malın qiymətinə digərini əldə edib. Xarqrou məhkəmədə hətta bir zaman 99,36 dollar qiyməti olan bezləri 1,06 dollara aldığını etiraf edib.

Prokurorluğun məlumatına görə, ittiham edilən şəxs yanvar ayından 100-ə yaxın mağazaya "hücum" çəkib.

 





18.04.2015    çap et  çap et