525.Az

Şəkil çəkən keçi


 

Şəkil çəkən keçi<b style="color:red"></b>

Zoopark işçisi Bodi adlı keçiyə şəkil çəkməyi öyrədib. Hadisə Amerikanın Nyu-Meksiko ştatında baş verib. Keçinin hər bir "əsərini" təxmini 40 dollara satmaq mümkün olur.

Bu barədə Trend Lenta agentliyinə istinadən məluamt verir.

Kristin Rayt 4 yaşlı keçi ilə bir neçə ay məşq edib. Rəngi seçdikdən sonra, fırçanı keçinin dişləri arasına qoyur, bundan sonra keçi şəkil çəkməyə başlayır.

"Biz keçilərin yalnız yeyib və çəki yığmalarını istəmirik. Onların beynini düşünməyə məcbur edəndə onlar daha xoşbəxt və sağlam olurlar", - zoopark işçisi bildirib.

 





18.04.2015    çap et  çap et