525.Az

"Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaq"


 

"Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaq"<b style="color:red"></b>

Gələn həftə Yunanıstan və Rusiya qaz kəmərinin çəkilməsi üzrə saziş imzalayacaqlar.

APA-nın məlumatına görə, bu barədə  “Spiegel-Online” yazıb.
 
Qeyd olunur ki, saziş müflisləşmə təhlükəsi ilə üzləşən Yunanıstana 3-5 milyard avro məbləğində mənfəət gətirə bilər. Kəmərin 2019-cu il üçün istifadəyə verilməsi nəzərdə tutulub.
 
İki ölkə arasında qaz sazişinin aprelin 21-də imzalanması planlaşdırılır. Müqavilənin təfərrüatları bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleks Tsipras arasında baş tutan görüşdə müzakirə olunub.

 





18.04.2015    çap et  çap et