525.Az

Pelenin oğlu baş məşqçi oldu


 

Pelenin oğlu baş məşqçi oldu<b style="color:red"></b>

Braziliya millisinin sabiq futbolçusu Rivaldonun prezidenti olduğu "Moji-Mirin" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın "Globo"ya istinadən verdiyi məlumata görə, Rivaldo bu vəzifəyə dünya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edinyonu təyin edib.

Edinyo 90-cı illərdə "Santos"da çıxış edib. O, karyerasını başa vurduqdan sonra "Santos"da əvvəlcə qapıçılar üzrə məşqçi, daha sonra baş məşqçi köməkçisi vəzifəsində işləyib. 44 yaşlı mütəxəssis bundan sonra Braziliyanın ikinci divizionunda mübarizə aparan "Moji-Mirin" klubunu çalışdıracaq.

Qeyd edək ki, Edinyo 2005-ci ildə narkotik ticarətində və çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunub. "Santos" klubunun sabiq qapıçısı daha öncə narkotik aludəçisi olduğunu etiraf etsə də, narkotik ticarəti ilə məşğul olmadığını deyib.

 





17.04.2015    çap et  çap et