525.Az

Turqut Özalın vəfatından 22 il keçir


 

Turqut Özalın vəfatından 22 il keçir <b style="color:red"></b>

Bu gün Türkiyənin 8-ci prezidenti Turqut Özalın vəfatının 22 ili tamam olur.

Modern.az Türkiyə KİV-nə KİV-nə istinadən bildirir ki, aprelin 17-də Topkapıdakı qəbiristanlıqda anım mərasimi keçirilib.

Mərasimə Özalın həyat yoldaşı Semra Özal, uşaqları Ahmet və Efe Özal, gəlini Sinəm Özal, nəvəsi Serra Özal, İstanbul valisi Vasip Şahin, Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərinin köməkçisi Enis Berberoğlu, Böyük Birlik Partiyasının (BBP) başçısı Mustafa Destici, Səadət Partiyasının sədri Mustafa Kamalak, CHP İstanbul millət vəkili Mahmud Tanal da qatılıb.

1993-cü il aprelin 17-də  həyatını itirən 8-ci prezident Turqut Özal Türkiyənin iqtisadi və ictimai inkişaflardakı müvəffəqiyyəti ilə yanaşı, yeni Konstitusiya, başçılıq sistemi, kürd problemi və terrorun bitirilməsinə dair layihələri ilə hələ də xatırlanır.

Turqut Özalın 22 il öncə gözlənilmədən vəfat etməsi ilə bağlı indiyədək müxtəlif versiyalar irəli sürülüb.

Bunlardan biri də onun zəhərlənməsidir. Lakin indiyədək bu versiyaların heç biri ilə  bağlı konkret qərara gəlinməyib.

 





17.04.2015    çap et  çap et