525.Az

“Roma Papası və Avropa İttifaqı özlərinin yox, tarixçilərin işi ilə məşğul olur”


 

“Roma Papası və Avropa İttifaqı özlərinin yox, tarixçilərin işi ilə məşğul olur”<b style="color:red"></b>

“Roma Papası və Avropa İttifaqı öz işləri ilə deyil, tarixçilərin işi ilə məşğul olur”.

Bunu APA-ya açıqlamasında Stokholmdakı Qafqaz Araşdırmalar İnstitutunun direktoru Svante Kornell Roma Papasının və Avropa Parlamentinin “erməni soyqırımı”na dəstək vermələrinə münasibət bildirərkən deyib.
 
S. Kornell qeyd edib ki, bu məsələ ilə ancaq tarixçilər məşğul olmalıdır: “Bu sırf tarixi mübahisədir. Bununla da ancaq tarixçilər məşğul olmalıdır, parlament və siyasi xadimlər yox. Fikrimcə, tarixçilərin əvəzinə münasibət bildirmək yanlışlıqdır”.
 
Qeyd edək ki, Roma Papası Fransisk qondarma soyqırımı əsrin ilk soyqırımı adlandırıb, ardınca Avropa Parlamenti bununla bağlı qətnamə qəbul edib.

 





17.04.2015    çap et  çap et