525.Az

Telman Abdinovun fərdi sərgisi - "Yaradıcılıqda 40 il"


 

Telman Abdinovun fərdi sərgisi - "Yaradıcılıqda 40 il"<b style="color:red"></b>

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanın Əməkdar rəssamı Telman Abdinovun "Yaradıcılıqda 40 il" adlı fərdi sərgisinin açılışı olub.

Sərginin açılışında Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Telman Abdinovun yaradıcılığı barədə ətraflı danışıb.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, professor Kərim Kərimov, Miniatür Kitab Evinin direktoru Zərifə Salahova və digərləri çıxış edərək rəssamın fəaliyyətindən, çəkdiyi dəyərli rəsm əsərlərindən söz açıb, 40 illik uğurlu yaradıcılığında böyük nailiyyətlər qazanması münasibəti ilə onu təbrik ediblər.

Aprelin 22-dək davam edəcək sərgidə rəssamın 80-ə yaxın əsəri nümayiş olunur.

S.ABDULLAYEVA

 





17.04.2015    çap et  çap et