525.Az

ADU-da görkəmli alim Cəfər Cəfərovun xatirəsi anılıb


 

ADU-da görkəmli alim Cəfər Cəfərovun xatirəsi anılıb<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) uzun illər universitetdə çalışmış, görkəmli alim, pedaqoq Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. 

Universitetdən verilən məlumata görə, ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli və Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədovanın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Müasir fransız dili kafedrasının müdiri  Bilal İsmayılov, universitetin professor-müəllim heyəti, kitabxananın əməkdaşları və yubilyarın tələbələri iştirak ediblər.

Öncə görkəmli alim Cəfər Cəfərovun əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Fəxrəddin Veysəlli Cəfər Cəfərovun yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında danışıb. O, Cəfər Cəfərovun elmi-metodiki, tərcüməçilik və leksikoqrafik istiqamətdə gördüyü işlərdən bəhs edib. F. Veysəlli C. Cəfərovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ADU-nun rektoru Səməd Seyidov, həmçinin yubilyarın tələbələrinin ürək sözləri və alimin 3 məqaləsindən ibarət "100 il: C. Cəfərov (1904-2004)" adlı toplunun nəşr olunduğunu söyləyib. Alimin pedaqoq kimi tələbələrinə nümunə olduğunu deyən F. Veysəlli C.Cəfərovun yetirmələrinin onun adını daim uca tutduqlarını, onunla fəxr etdiklərini bildirib.

Daha sonra dəyirmi masa iştirakçıları görkəmli alim Cəfər Cəfərov haqqında xatirələrini bölüşüblər.

Vəfa MƏMMƏDLİ

 





16.04.2015    çap et  çap et