525.Az

Azərbaycan alimləri Ağdəniz Universitetindəki elmi konfransda çıxış ediblər


 

Azərbaycan alimləri Ağdəniz Universitetindəki elmi konfransda çıxış  ediblər<b style="color:red"></b>

Bədnam qonşularımız olan ermənilər qardaş Türkiyə Cümhuriyyətini beynəlxalq arenada gözdən salmaq üçün dünyada yalançı soyqırım iddialları yaymaqdadır.

Heç bir arxiv materialına, rəsmi sənədə əsaslanmayan bu iddialar, çox təəssüf ki bəzi məkrli dünya dövlətləri tərəfindən də dəstəklənməkdədir.

Türkiyə və Azərbaycan rəhbərləri, dövlət adamları bu iddianın həqiqətə uyğun olmadığını sənədlərlə sübuta yetirmiş və bu işi tarixçilərin araşdırmasını təklif etmişlər. Ona görə də son zamanlar tez-tez beynəlxalq miqyasda türk-erməni münasibətlərinin öyrənilməsi məqsədi ilə elmi məclislər, konfrans və simpoziumlar təşkil olunur.

Bu məclislərdə elm adamları apardıqları araşdırmaları, arxivlərdən topladığı materialları ictimaiyyətə təqdim edir, erməni problemini müzakirəyə çıxarır, fikir mübadiləsi aparırlar. Belə beynəlxalq tədbirlərdən biri də aprelin 8-11-də qardaş Türkiyə Cümhuriyyətinin Antalya şəhərindəki, 80 mindən artıq tələbəsi, 19 fakültəsi olan, beynəlxalq aləmdə tanınmış Ağdəniz universitetində keçirilib.

Universitetin ev sahibliyi ilə keçirilən türk-erməni münasibətlərinin öyrənilməsinə həsr olunmuş tədbirdə dünyanın  müxtəlif ölkələrindən gəlmiş 160-dan artıq məruzəçi iştirak edib. Beynəlxalq konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən 10-a yaxın nümayəndənin çıxışı olub. 

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Əbülfəz Quliyev də beynəlxalq tədbirdə iştirak və məruzə ediblər. Akademik İsmayıl Hacıyevin "Xarici dövlətlərin Naxçıvanla  bağlı siyasətində erməni amili(1917-1921)", müxbir üzv Əbülfəz Quliyevin "Naxçıvanda erməni işğalına qarşı mübarizənin ədəbiyyatda əksi(1918-1921)" mövzusunda məruzələri dinlənilib.

İ.Hacıyev və Ə.Quliyev hərəsi bir iclasa sədrlik edib. Azərbaycandan gələn nümayəndə heyətini universitetin rektoru professor İsrafil Kurtcebhe qəbul edərək, fikirlərini bölüşüb. Universitet rektoruna Naxçıvanın nailiyyətlərini əks etdirən kitab-albom təqdim olunub. Bundan əlavə, akademik İ.Hacıyev və müxbir üzv Ə.Quliyev "Kanal Vip" televiziyasının qonağı olub, türk-erməni münasibətləri mövzusunda çıxış ediblər.

 Beynəlxalq tədbirin iştirakçıları Alaniya turistik bölgəsində olub, tarixi-memarlıq abidələrilə zəngin məkanı ziyarət ediblər.

 





16.04.2015    çap et  çap et