525.Az

Mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı daha bir tədbir


 

Mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı daha bir tədbir <b style="color:red"></b>

Səbail rayonundakı 189-190 saylı tam orta məktəbdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbir keçirilib.  

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin bədii ədəbiyyatlara aid rəsm əsərlərindən ibarət sərgiyə baxdılar. Burada şagirdlərin oxuduqları əsərlərlə bağlı təqdimatları da keçirilib.

Şagirdlər oxuduqları əsərlərdəki qəhrəmanları düşüncələrindəki kimi canlandırıblar. Burada ədəbiyyatın müxtəlif janrlarına aid əsərlər sərgilənib. Sonra şagirdlər şeirlər söyləyiblər. 

Tədbirdə çıxış edən 189-190 saylı tam orta məktəbin direktoru Ceyran Quliyeva Azərbaycanda təhsil sahəsinə göstərilən qayğıdan danışıb, gələcək nəslin savadlı yetişməsi üçün görülən işlərdən danışıb.

Bildirib ki, bu cür addımlar mütaliə vərdişlərinin təkmilləşdirilməsi və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Sonra yuxarı və ibtidai sinif şagirdlərinin iştirakı ilə onların oxuduqları əsərlərin müzakirəsi başlanıb.

Sonda "Ən fəal oxucu", "Bədii əsər haqqında ən yaxşı inşa", "Bədii əsərə aid ən yaxşı rəsm əsəri" və "Bədii ədəbiyyata aid ən maraqlı təqdimat" müsabiqələrinin qalibləri mükafatlandırılıb. 

 





16.04.2015    çap et  çap et