525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 24 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-8, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Aprelin 17-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

 





16.04.2015    çap et  çap et