525.Az

Bakı landşaft memarlığı əsasında layihələndiriləcək


 

Bakı landşaft memarlığı əsasında layihələndiriləcək<b style="color:red"></b>

Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutu da iştirak edəcək. AMEA Dendrologiya İnstitutu ilə Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, sənədə əsasən, tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorotivlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərəcəklər.

 





16.04.2015    çap et  çap et