525.Az

Elçin Hüseynbəyli ilə Dünya Məktəbində görüş


 

Elçin Hüseynbəyli ilə Dünya Məktəbində görüş<b style="color:red"></b>

Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəyli bugünlərdə Bakı Dünya Məktəbində yuxarı sinif şagirdlərilə görüşüb.

Görüş Beynəlxalq Bakalavr Proqramı (İBO) çərçivəsində keçirilib. Şagirdlər bu proqram üzrə Azərbaycanın və dünyanın tanınmış yazıçılarının əsərlərilə tanış olur və müzakirə edirlər. Onlar ilk müzakirəyə E. Hüseynbəylinin "141-ci Don Juan" romanını çıxarıblar.

Tədbir ədəbiyyat müəllimi Könül Kazımovanın (İbrahimqızı) təşəbbüsü ilə baş tutub.

Görüşdən öncə Dünya Məktəbinin İB koordinatoru Rəna Həsənova proqramla bağlı yazıçıya əhatəli məlumat verib.

Məktəbin şagirdi Fidan Məmmədli yazıçının həyat və yaradıcılığı ilə bağlı bilgiləri şagirdlərə çatdırıb.

Sual-cavab və fikir mübadiləsi müstəvisində keçirilən tədbir şagirdlərin gözlədiklərindən də maraqlı və səmimi keçib.

Müzakirədə şagirdlərdən Vasif Yusifzadə, Ceyhun Nəsibov, Mövsüm Hüseynov, Şamil Ağayev, Mədinə Kərimova, Aydan Nağıyeva, Asim Cabbarov, Fərid Qəmbərov, Həsən Baxşızadə, İntiqam Fətizadə, Rüstəm Həsənov xüsusilə fəal olublar.

Tədbirdən sonra şagirdlər E. Hüseynbəyli ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, bundan öncə yazıçının Bakı Modern Məktəbində və Siyəzən şəhər 1 saylı məktəbdə görüşləri olub.

 





14.04.2015    çap et  çap et