525.Az

"Azərbaycan şairlərinə "Literaturnaya qazeta"da geniş yer verilməsi mühüm hadisədir"


 

"Azərbaycan şairlərinə "Literaturnaya qazeta"da geniş yer verilməsi mühüm hadisədir"<b style="color:red"></b>

Aprelin 11-də Moskvadakı Mərkəzi Ədiblər Evində "Literaturnaya qazeta"nın Moskvada yaşayan Azərbaycan şairlərinin yaradıcılığına həsr edilmiş həftəlik "Slovestnik" əlavəsinin təqdimetmə mərasimi olub.

AYB-nin Moskva bölməsindən verilən məlumata görə, tədbiri giriş sözüylə Bölmənin katibi Nəsib Nəbioğlu açaraq bildirib ki, bu əlavədə  21 Azərbaycan şairinin 72 şeiri yer alıb:

"Bu bizim həm fərdi uğurumuzdur, həm də ümumən poeziyamızın uğurudur, bölməmizin nailiyyətidir. 

Azərbaycan poeziyasının uğurudur. 1830-cu ilin yanvarından nəşrə başlayan, Vyazemskinin, Puşkinin, Qoqolun, Baratınskinin, Belinskinin, Kolsovun, Nekrasovun, Skotun, Hüqonun əsərlərinin cap olunduğu bu nüfuzlu qəzetin səhifələrində Azərbaycan şairlərinə geniş yer verilməsi mühüm, təqdirəlayiq hadisədir".

Əlavəni çapa hazırlayan yazıçı, ədəbiyyatşünas Abuzər Bağırov gələcəkdə "Literaturnaya qazeta"nın səhifələrində müntəzəm olaraq Azərbaycan yazıçılarının müxtəlif janrlarda yazdığı əsərlərin çap ediləcəyini vurğulayıb:
 
"Bu əsərlərin toplanmasında böyük zəhməti olan AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğluna və "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədova dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan poeziyasının bu şəkildə təbliği Moskvada yaşayan şairlərimiz və yazıçılarımızın Rusiya ədibləri ilə dostluq və yaradıcılıq əlaqələrinin genişlənməsində, möhkəmlənməsində və inkişafında böyük pol oynayır".

Tədbirdə Moskvada yazıb-yaradan azərbaycanlı ədiblərdən Sultan Mərzili, Əşrəf Hüseynli, Əliş Əvəz, Afaq Şıxlı, Abbas Ağdabanlı,Vasif Məmmədli, Valeh Saleh, Yavər Həsən, Yaşar Süleymanlı iştirak və çıxış ediblər.  

 





14.04.2015    çap et  çap et