525.Az

Rusiyada batan gəminin azərbaycanlı heyət üzvlərinin adları açıqlanıb - Yenilənib


 

Rusiyada batan gəminin azərbaycanlı heyət üzvlərinin adları açıqlanıb - <b style="color:red">Yenilənib</b> Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:
 
Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)
 
Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)
 
Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)
 
Əliyev Elman Sərdan oğlu (17.10.1964)
 
Şakirov Fazil Bilal oğlu (23.10.1959)
 
Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)
 
Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).
 
M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.
 
Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.
 
Xatırladaq ki, qəza zamanı 54 nəfərin öldüyü barədə xəbər yayılıb.
 
*** 13:52
 
Moskva. Fərid Əkbərov - APA. Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub. APA-nın “lifenews”a istinadən verdiyi məlumata görə, soyadı azərbaycanlı soyadına çox bənzəyən heyət üzvləri aşağıdakılardır:
 
Abdullayev F. S. - matros
 
Səfərov M. S. - matros
 
Sadıqov İ. Q. - mexanik
 
Əliyev E. S. - usta
 
Talıbov M. U. -  mexanik
 
Rəhimov A. M. – baş usta
 
Əliyev Y. S. - matros
 
Həsənov C. İ. – usta.
 
Bu şəxslərin taleyi barədə hələlik məlumat verilməyib.
 
Xatırladaq ki, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.  Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.
 





02.04.2015    çap et  çap et