525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir küləyin sürəti güclənəcək, axşam nisbətən mülayimləşəcək.

Havanın hərarəti gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olma ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacaq.

 





02.04.2015    çap et  çap et