525.Az

Bilik Fondu Almaniyanın Auqsburq Universitetində görüş keçirib


 

Bilik Fondu Almaniyanın Auqsburq Universitetində görüş keçirib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Almaniya Federativ Respublikası Auqsburq Universitetinin nəzdində fəaliyyət göstərən Jakob-Fugger Fondunun icraçı meneceri Dr. Tilman Schröder və universitetin professoru Prof. Dr. Klaus Wolf ilə görüşüb.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüş çərçivəsində Bilik Fondu ilə Almaniyada maarifçilik və analitik araşdırmalarla bağlı layihələr həyata keçirən Jakob-Fugger Fondu arasında ikitərəfli münasibətlərə dair əməkdaşlıq sazişi imzalanıb.

Sazişə görə, Bilik Fondu ilə Jakob-Fugger Fondu arasında birgə layihələrin həyata keçirilməsi, Azərbaycan elmi, tarixi, mədəniyyəti və incəsənətinin Almaniyada təbliği istiqamətində müştərək tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.

Fugger Fondunun rəhbəri Auqsburq Universitetinin prezidenti Prof. Sabine Doering-Manteuffeldir.

Bilik Fondu “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində bir sıra xarici universitetlərlə əməkdaşlığını genişləndirir.

 





02.04.2015    çap et  çap et