525.Az

İstanbulda anti-terror əməliyyatı


 

İstanbulda anti-terror əməliyyatı<b style="color:red"></b>

Son günlər bir neçə terror aktının müşahidə olunduğu İstanbulda hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatı keçirilib.

Trend “Milliyet”e istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı sol radikal qruplaşma olan və üzvləri tərəfindən bu günlərdə İstanbul Ədalət Sarayına hücum olunmuş Xalq Azadlıq Cəbhəsi” (DHKP-C) ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Məhz bu təşkilat 2013-cü ilin may ayında Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin öldüyü, 155 nəfərin isə xəsarət aldığı terror aktına görə məsuliyyət daşıyır.

Qruplaşmanın üzvləri həmçinin ABŞ-ın Ankaradakı səfirliyində terror aktı törədiblər, nəticədə 1 nəfər mühafizə əməkdaşı ölüb, 1 nəfər isə xəsarət alıb.

 





02.04.2015    çap et  çap et