525.Az

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə iştirak edir


 

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə iştirak edir<b style="color:red"></b>

Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq "İşıq-2015/1” hərbi xilasetmə təlimləri başlayıb.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.
 
Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.
 
Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.

 





01.04.2015    çap et  çap et