525.Az

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Azərbaycana gəlir


 

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Azərbaycana gəlir<b style="color:red"></b> Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
 
Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.
 
İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.
 





01.04.2015    çap et  çap et