525.Az

Könüllü təslim olmuş erməni əsgərindən yeni videomüraciət - Video


 

Könüllü təslim olmuş erməni əsgərindən yeni videomüraciət - <b style="color:red">Video</b> Könüllü olaraq, Azərbaycan tərəfinə keçmiş erməni əsgər Andranik Qriqoryanın yeni videomüraciəti yayılıb.

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, video-görüntüdə erməni əsgər Azərbaycan tərəfə keçməsinin səbəblərinə bir daha aydınlıq gətirir:
 
“Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam. 2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm. Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər. Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim.Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram. Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar. Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər.Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam. Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər.

Burada özümü çox yaxşı hiss edirəm. Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram. Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var - ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir”.
 
Erməni silahlı bölmələrinin müqaviləli hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Andranik Araratoviç Qriqoryan bu il martın 22-də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O deyib ki, qarşı tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çox insan var.


 





01.04.2015    çap et  çap et