525.Az

“Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” bizim üçün qәbuledilmәzdir”


 

“Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” bizim üçün qәbuledilmәzdir” <b style="color:red"></b>

1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib".

APA-nın mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib.
 
Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: "Biz uzun müddәt etimadın qurulması üçün edə biləcəyimiz yardımla bağlı danışıqlar aparmışıq".
 
Diplomat qeyd edib ki, Avropa İttifaqı әrazi bütövlüyü vә tәhlükәsizlik mәsәlәlәrinә xüsusi diqqәt yetirir: "Bizim üçün də “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur".

 





01.04.2015    çap et  çap et