525.Az

"WhatsApp"dan daha bir faydalı yenilik


 

"WhatsApp"dan daha bir faydalı yenilik<b style="color:red"></b>

2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb.

Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Bu funksiya messencerə səsli və videozənglər təklif edən “LINE”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.

İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış "zənglər" funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.

Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.

Xatırladaq ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.

 





01.04.2015    çap et  çap et