525.Az

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər


 

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b> Ukrayna prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı olub.
 
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.
 
“Poroşenko və Merkel Minsk razılaşmalarının yerinə yetirilməsi və Donbasa sülhməramlı hərbi kontingentin yerləşdirilməsi məsələsini müzakirə etmək üçün yaxın zamanlarda “normand dördlüyü”nün xarici işlər nazirləri səviyyəsində görüşünün təşkilini zəruri sayıblar. Poroşenko Alman Bundestaqında Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin ratifikasiyasına görə Merkelə minnətdarlığını bildirib.

Tərəflər, həmçinin,  üçtərəfli təmas qrupunun görüşü nəticəsində Minsk razılaşmalarının implementasiyası üzrə növbəti addımlar atmağa imkan yaranacağına ümidvar olduqlarını bildiriblər”, məlumatda deyilir.
 





01.04.2015    çap et  çap et