525.Az

“Cəhənnəmdə böyük çığırtı” olacaq


 

“Cəhənnəmdə böyük çığırtı” olacaq<b style="color:red"></b>

Aprelin 4-də “Cəhənnəmdə böyük çığırtı” kitabının imza günü keçiriləcək.
 
APA-nın məlumatına görə, mərasim saat 15:00-da kitabevim.az kitab marketində keçiriləcək.
 
“Cəhənnəmdə böyük çığırtı” adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edilir.

Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin, dünyaya çatdırılmasında bir addım atmaqdır.

Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır.

Kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.

Qeyd edək ki, kitabın ilkin tirajı satış üçün nəzərdə tutulmayıb.

 





31.03.2015    çap et  çap et