525.Az

Çingiz Abdullayev rəsmən “Neftçi”nin rəhbəri oldu


 

Çingiz Abdullayev rəsmən “Neftçi”nin rəhbəri oldu<b style="color:red"></b>

Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Qol.Az-ın məlumatına görə,iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumun tərkibində faəliyyət göstərəcəyini deyib.

AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, rejissor və aktyor Bəhram Bağırzadə, futbol veteranları Səməd Qurbanov, Mübariz Zeynalov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Məmmədov, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov və SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanovun şuranın üzvləri təyin olunduğunu vurğulayıb.

Bildirilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.

 





31.03.2015    çap et  çap et