525.Az

“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdi


 

“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdi<b style="color:red"></b>

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, “İnter”lə Premyer Liqanın 27-ci turunda keçiriləcək ev oyununun vaxtının və yerinin dəyişdirilməsini xahiş edib.

Qol.Az-ın xəbərinə görə, bu haqda PFL-in saytı məlumat yayıb.

Buna səbəb Tofiq Bəhramov adına Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin keçirilməsidir.

PFL yuxarıda göstərilənləri nəzərə alaraq, oyunu 1 aprel tarixindən 2 aprel tarixinə keçirib. Qarşılaşma saat 18:00-da “Bakcell Arena”da başlanacaq.

 





29.03.2015    çap et  çap et