525.Az

Airbus A-320-nin “qara qutusu”nun tam stenoqramı açıqlanıb


 

Airbus A-320-nin “qara qutusu”nun tam stenoqramı açıqlanıb<b style="color:red"></b>

Almaniyanın “Bild” qəzeti Fransa cənubunda qəzaya uğrayan Airbus A-320 təyyarəsinin “qara qutusu”nun yazısının tam stenoqramını açıqlayıb.

APA-nın məlumatına görə, stenoqrama əsasən, ekipaj komandiri kabinənin qapılarını bağlamış ikinci pilot Andreas Lyubitsa “Bu lənətə gəlmiş qapını aç” deyə qışqırır.
 
Həmçinin məlum olub ki, həmin an arxada oturan sərnişinlər qışqırırlar və kabinənin qapılarına zərbələr endirilir. A. Lyubitsa isə bu müddət ərzində səsini çıxarmır.
 
Audioyazı 1,5 saat davam edir. Ekspertlər belə qənaətə gəliblər ki, təyyarə təxminən saat 10.40-da dağa çırpılıb.

 





29.03.2015    çap et  çap et