525.Az

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb


 

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb<b style="color:red"></b> Rusiyada taekvondoçular arasında olimpiya çəki dərəcələri üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk dəfə təşkil olunan yarışda Azərbaycan millisi 1 medal qazanıb.
 
Komandamızın heyətində fəxri kürsüyə Radik İsayev qalxıb. +80 kq çəki dərəcəsində çıxış edən Avropa çempionumuz yalnız finalda rusiyalı Vladislav Larinə uduzduğundan, ikinci yerlə kifayətlənib. O, bununla da aktivinə 6 reytinq xalı əlavə edib.
 
Qeyd edək ki, millimiz Nalçikdə baş tutan yarışa 4 çəki dərəcəsində 7 idmançı ilə qatılmışdı.
 





29.03.2015    çap et  çap et