525.Az

ABŞ-ın Vaşinqton ştatında atışma olub


 

ABŞ-ın Vaşinqton ştatında atışma olub<b style="color:red"></b>

ABŞ-ın Vaşinqton ştatında baş verən atışma nəticəsində qadın və körpə uşaq ölüb.

APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, hadisə şənbə günü yerli vaxtla saat 02.00-da Vaşinqton ştatının Kitsap dairəsində baş verib.
 
Hadisə yerinə gələn polis əməkdaşları qadın meyitini və ağır vəziyyətdə olan uşağı tapıblar. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Atışma zamanı daha bir nəfər yaralanıb. Həmin şəxs əməliyyat olunub. Onun vəziyyəti ağırdır.

 





29.03.2015    çap et  çap et