525.Az

Azad Məmmədov Cenevrədə keçirilən seminarda iştirak edib


 

Azad Məmmədov Cenevrədə keçirilən seminarda iştirak edib<b style="color:red"></b> Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Silahlı Qüvvələr üzərində demokratik nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə İsveçrənin Frayburq Universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda seminar keçirilib.
 
Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Tahirə Allahyarova və İlqar Dadaşov, Federalizm İnstitutunun nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Filipp Lefort və Frayburq Universitetinin professoru Daniel Vorner məruzə ilə çıxış ediblər.
 
Seminarda BBMM-in icraçı direktoru Azad Məmmədov Azərbaycan multikulturalizmi və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və fəaliyyətindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılmasından söhbət açıb.
 
Professor Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərdə tədris olunmasından bəhs edib və bu fənnin növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb.
 
BBMM-in icraçı direktoru növbəti gün Frayburq Universitetinin sosial elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.
 
Görüşdə professor Azad Məmmədov Azərbaycan multikulturalizmi özünün dövlət siyasəti bəyan etməsindən, ölkə başçısı İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü işdən, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan münbit multikultural və tolerant mühitdən danışıb.
 
Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədova təklif olunub.
 





29.03.2015    çap et  çap et