525.Az

Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılıb


 

Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkəti asanlaşdırılıb<b style="color:red"></b> Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb.
 

Bu barədə“APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, həmin hissədə ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib.
 
Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.
 





29.03.2015    çap et  çap et