525.Az

ANAMA-nın Daxili Qoşunlara keçdiyi təlimlərin 4-cü mərhələsi başlayır


 

ANAMA-nın Daxili Qoşunlara keçdiyi təlimlərin 4-cü mərhələsi başlayır<b style="color:red"></b> Sabah Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Daxili Qoşunların Şəxsi Heyətinin Humanitar Əməliyyatlar üzrə inkişaf etdirilməsi məqsədilə keçirdiyi təlimlərin 4-cü mərhələsi başlayır.
 
Bu barədə APA-ya ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyət Təminatı Qurumunun rəhbəri Elnur Qasımov məlumat verib.
 
Onun sözlərinə görə, bu təlimlərdə sursatların, minaların tapılması, əraziyə dair təhlükəsizlik tədbirləri, tapılan sursatların axtarış yolu ilə məhv edilməsi və başqa mövzular tədris olunur. Aylıq təlimlərdə Daxili Qoşunlarda xidmət edən zabit, gizir, çavuş və əsgərlər, habelə Çevik Polis Alayının üç əməkdaşının daxil olduğu 25 nəfərlik heyət iştirak edir. Artıq təlimlərin 3 mərhələsi arxada qalıb.
 
Sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi dərsləri ANAMA-nın Füzuli rayonundakı Horadiz bazasında baş tutur.
 





29.03.2015    çap et  çap et