525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 3-5, gündüz 5-7 dərəcə olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
 





29.03.2015    çap et  çap et