525.Az

SOCAR-ın Rumıniya nümayəndəliyi nizamnamə kapitalını artırıb


 

SOCAR-ın Rumıniya nümayəndəliyi nizamnamə kapitalını artırıb<b style="color:red"></b> SOCAR-ın Rumıniyadakı törəmə şirkəti olan “SOCAR Petroleum SA” fevral ayında nizamnamə kapitalını 8 mln. avro artırıb.
 
“APA-Economics” “Office” milli ticarət reyestrinin məlumatına istinadən xəbər verir ki, “SOCAR Petroleum SA” ötən ay nizamnamə kapitalını 8 020 000 avro artırıb. Bu pulla faktiki olaraq, neft şirkəti 8 ədəd yeni yanacaqdoldurma stansiyası inşa edə bilər.
 
Qeyd edək ki, bu gün Rumıniyada “SOCAR” brendi altında 32 ədəd yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

“Beləliklə, əgər bu vəsait də yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsinə xərclənsə, bununla da Azərbaycanın Rumıniyadakı bu stansiyalarının sayı 40 ədədə çata bilər”, - deyə məlumatda vurğulanıb.
 





29.03.2015    çap et  çap et