525.Az

SOCAR ABŞ-ın iri şirkəti ilə birgə müəssisə yaradıb


 

SOCAR ABŞ-ın iri şirkəti ilə birgə müəssisə yaradıb<b style="color:red"></b> Amerika Birləşmiş Ştatlarının texnologiya, layihələndirmə, satış və tikinti şirkəti olan KBR ilə SOCAR arasında Azərbaycanda yeni layihələndirmə və dəstək xidmətləri şirkətinin yaradılmasına dair müqavilə imzalanıb.
 
Bu barədə “APA-Economics” “tradearabia” saytına istinadən məlumat verir.
 
KBR və SOCAR-ın dəstəyi ilə yaradılacaq yeni şirkət ilk növbədə Azərbaycanda yuxarı, orta və aşağı axın neft və qaz sektorları ilə bağlı layihələrin dizayn, layihələndirmə, texniki, satış, tikinti nəzarəti və layihə idarəçiliyi xidmətlərini həyata keçirəcək. Bundan başqa, Bakıda yaradılacaq olan şirkət layihələrin idarə edilməsi, müqavilələrə nəzarət, planlaşdırma və qiymətə nəzarət də daxil olmaqla, layihənin bütün mərhələləri ilə bağlı  texniki tələbləri hazırlayacaq.
 
KBR-nin prezidenti və baş icraçı direktoru Stüart Bradye şirkətin Azərbaycanla uğurlu əməkdaşlığından qürur duyduğunu bildirib. “KBR Azərbaycanda 1994-cü ildən bəri müxtəlif layihələr üzrə işləyir. Bu birgə müqavilə KBR-in Azərbaycana davamlı və qiymətli təlim və tədris proqramlarını gətirmə imkanlarını əks etdirir. Biz SOCAR-ın nailiyyətlərini dəstəkləmək məqsədilə bu yeni layihələr vasitəsilə təcrübəmizdən, sistem və prosedurlardan istifadə etməyi səbirsizliklə gözləyirik”, – deyə şirkət prezidenti qeyd edib.
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirib ki, bu birgə müəssisə Azərbaycanda dünya şöhrətli layihələndirmə şirkətinin yaradılması ilə bağlı niyyətini həyata keçirməyə yardımçı olacaq.
 





29.03.2015    çap et  çap et