525.Az

Hava şəraiti dəyişəcək


 

Hava şəraiti dəyişəcək<b style="color:red"></b> Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, aprelin 1-dək ölkədə qeyri-sabit hava müşahidə olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
 
Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.
 
Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
 
Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.
 





29.03.2015    çap et  çap et