525.Az

Səhiyyə sistemində kadr dəyişikliyi


 

Səhiyyə sistemində kadr dəyişikliyi<b style="color:red"></b>

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov işdən azad edilib.

Bu barədə APA-ya məlumat verən M. Həmidov bildirib ki, martın 18-də səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə vəzifəsindən azad edilərək yeni vəzifəyə təyin olunub. Bu gündən etibarən o, Səhiyyə Nazirliyinin Təcili Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışmağa başlayacaq.
 
Səhiyyə nazirinin müvafiq əmri ilə Rauf Nağıyev Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi təyin olunub.

Qeyd edək ki, Rauf Nağıyev Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

 





29.03.2015    çap et  çap et