525.Az

ABŞ xarici münaqişələrdə döyüşlərdə iştiraka qarşı qanunu alqışlayıb


 

ABŞ xarici münaqişələrdə döyüşlərdə iştiraka qarşı qanunu alqışlayıb<b style="color:red"></b>

ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşlərdə iştiraka qarşı qəbul etdiyi qanunu alqışlayıb.

APA-nın ABŞ-ın Azәrbaycandakı sәfirliyinә istinadәn verdiyi mәlumata görә, Dövlәt Departamenti Monteneqronun cinayət məcəlləsinin 18 mart əlavəsi, Kosovonun 25 mart qanunu və İspaniyanın 26 mart tarixli yeni islahatı da daxil olmaqla, avropalı tərəfdaşların xaricdə döyüşlərdə iştirak edənlərə qarşı qanunlarının təqdim edilməsini və ya təkmilləşdirilməsini alqışlayır:
 
“Həmçinin Albaniya, Avstriya, Azərbaycan, Bosniya və Herseqovina, Danimarka, Finlandiya, Fransa, İtaliya, Latviya, Makedoniya, Portuqaliya və Serbiya sözügedən sahədə qanunlar imzalayıb və ya icra edib.
Misal üçün Qərbi Balkan dövlətlərində xarici münaqişədə iştirak etmək və ya xarici münaqişədə iştirak məqsədilə insanları səfərbər etmək və maliyyələşdirmək qanunsuzdur. Bu kimi səylər bizim Vaşinqton nazirlər toplantısı zamanı da müzakirә etdiyimiz vacib məsələyə, xarici terrorçuların axımının qarşısı alınması işinә mühüm töhfə verir”.

 





29.03.2015    çap et  çap et