525.Az

Odessada güclü partlayış törədilib


 

Odessada güclü partlayış törədilib<b style="color:red"></b>

Odessada növbəti dəfə güclü partlayış törədilib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insident Olgiyevski və Manejnı küçələrinin kəsişməsində, birmərtəbəli binanın girişində baş verib. Əvvəl bu məkanda “Vostochnıy dvorik” restoranı fəaliyyət göstərib.
 
“İnterfaks”ən məlumatına görə, Staroportofrankovskaya küçəsindəki antiterror əməliyyat iştirakçılarına yardım mərkəzinin yerləşdiyi binanın girişində quraşdırılan partlayıcı qurğu işə salınıb.  Binada həmçinin “Azov” alayının “mülki korpusu” fəaliyyət göstərib.
 
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alan yoxdur. Binanın divarı ciddi zədələnib, qarşıdakı binadakı pəncərələrin şüşələri qırılıb. 
 
Qeyd edək ki, bir həftə əvvəl Odessanın Geranevaya küçəsindəki binaların birində partlayış törədilib. Hadisə terror aktı kimi qiymətləndirilib.

 





29.03.2015    çap et  çap et